Son zamanlar insanları narahat edən məsələlərdən biri də əsasən yüksək çinli məmurlar tərəfindən hüquqları pozulan vətəndaşlarımızın prezident İlham Əliyevə ünvanlanan şikayət məktublarının cavablandırılmaması olur. Məmur özbaşınalıqlarından ümidlərini prezidentə məktubla şikayətdə görən şikayətçilərin ümidləri elə cavabsız məktublarla bir yerdə ölür. Buna görə də insanlar arasında “kimə şikyət edirsən et, nə mənası var…”, “məmurların məktublar şöbəsində xüsusi adamları var,  gələn məktublar pul qarşılığında şikayət edilən məmura verilir” kimi fikirlər formalaşır. Bəzən isə ümidi hər yerdən üzülən vətəndaşlar çıxış yolunu ölkədə olan hansısa dövlətin səfirliyinə müraciət etməkdə görürlər.

Teleqraf.az-a belə müraciətlərdən biri də Ağsu rayon Ağundlu kənd sakini olan İsmayılov Səfa Mustafa oğlu tərəfindən ünvanlanıb. SOCAR-ın vitze-prezidenti Mikayıl İsmayılovun ona və ailə üzvlərinə etdiyi zülmlərdən bezərək dəfələrlə prezidentin ünvanına şikayət məktubu göndərən Səfa İsmayılov da çıxış yolunu ölkədə olan xarici dövlətlərin səfirliklərindən sığınacaq istəməkdə görür.

Səfa İsmayılov saytımıza yazaraq bildirib ki:

 Hörmətli redaksiya, bizim ailəmizin problemlərini işıqlandırdığınız üçün sizlərə dərin təşəkkürümüzü bildiririk. SOCAR-ın vitze –prezidenti Mikayıl İsmayılov bizim ailəmizi yaşadığımız dogma kəndimizdən baş götürüb qaçmağa məcbur edir. Həyatımız təhlükədədir, sizdən xahiş edirəm ki, bizim ailəmizə kömək əlinizi uzadın. SOCAR-ın vitze-prezidenti Mikayıl İsmayılov vəzifəsindən və pulundan istifadə edərək bizim ailəmizin həyatını puça döndərir. Mikayıl İsmayılov vəzifəsindən istifadə edərək, mənim içində 3 tövləsi - çoban evləri olan 137 hektar torpağımı qoçularını üzərimizə salaraq  əlimdən alıb və traktorun qarşısına saldıraraq uçurtdurub. Dəfələrlə çobanlarımı döyüblər,  fermamızda saxladğımız itlərimizi güllə ilə vurub öldürüblər. Binədə olan qoyun  töyləmizi gecə yandırıblar. Buna etiraz edən oğluma Mikayıl İsmayılovun qardaşı silahla hədə qorxu gəlib. Bu təzyiqlərə dözməyən oğlum ağr xəstəliyə tutularaq dünyasın dəyişdi. Haralara müraciət etsəm də heç bir nəticəsi olmadı. Mikayıl İsmayılov pul basaraq  bizim haqqımızı, övladımın qanını tapdaladı.

Hörmətli redaksiya!

Mikayıl İsmayılovun ürəyi bununla soymayaraq, bizim icazəmiz olmadan yenidən 2 hektar qanuni sənədlərlə ailəmizə məxsus olan pay torpağımızı qazdırıb torpağını daşıtdırdı.  Mən onun özünə bunun Allahsızlıq olduğunu bildirsəm də heç bir nəticəsi olmadı. Torpağımızı bizi saymadan qazdırıb  içində olan çınqılları satdıraraq milyonlarla pul qazanır. Biz isə həyatımızdan qorxaraq heçnə deyə bilmirik. Bununla bağlı aidiyyəti qrumlara yazaraq məlumat versəm də, Mikayıl İsmayılovun qorxusundan kimsə bizim haqqımızı müdafiə etmir. Ümidimiz isə prezidentədir, ona yazdığımız şikayət məktubları isə cavablandırılmır. Sanki Mikayıl İsmayılovun prezident administrasiyasında xüsusi adamları var, prezidentə ünvanlanan şikayət məktublarının prezidentə çatmasına imkan vermirlər.

 Mən Ağsu rayonunda ilk yaranan Fermer Təsərüffatlarının sədri olmuşam. Növcü ərazi bölgəsini təmsil edən 6 kəndin Ağsaqqallar Şürasının sədriyəm.  Fermer təssərrüfatı üzrə respublikanın ən qabacıl fermerlərindən biri olmuşam. 1994 –ci il sentyabr ayının 20-də  Mərhum prezident Heydər Əliyevin keçirdiyi müşavirədə qabaqcıl fermer olaraq mən də xüsusi dəvətlilərdən biri olmuşam. Heydər Əliyev Ağsunun adını çəkərək bizim əməyimizi də dəyərləndirdi və bizə diqqət yetirməmiz üçün xüsusi tapşırıq verdi.

Mən hazırda Ağsu rayon Növcü ərazi bölgüsü üzrə 6 kəndin Ağsaqqlalar Şurasının sədriyəm.  Ömrümün böyük hissəsini kənt təsərrüfatının inkşafına həsr etmişəm.  Onlarla kənd sakinini işlə təmin edərək çörək qazamnasına vasitə olmuşam.  İndi isə adi bir məmurun mənə etdiyi haqsızlıqlardan təngə gəlib ölkəni tərk etmək məcburiyyətində qalmışam.  Mikayıl İsmayılovun əli o qədər uzundur ki, hətta prezidentə ünvanlanan şikayətlərin də qarşısını almağa bəs edir.

Hörmətli redaksiya!

Sizdən ailəmiz adından xahiş edirik ki, bizim faciəmizi ictimailəşdirin ki, heç olmasa mətbuat vasitəsi ilə president administrasiyasinda bir insaflı məmur oxuyub bu barədə prezidenti məlumatlandırsın.  Mənim üçün vətənimi tərk etmək çox çətindir. Ölkəmdə yaranan problemləri də hansısa dövlətin səfirliyi vasitəsi ilə həll etmək ümumniyyətlə dözülməzdir. Ancaq bizim ailəmiz buna məcburdur.  Biz bir neçə günə Azərbaycanda olan bütün dövlətlərin səfirliklərinə müraciət edərək sığınacaq istəyəcəyik. Yaqin ki, cənab prezidentimiz buna imkan verməyəcək və Mikayıl İsmayılov kimilərini yerində oturdacaq.

Hörmətlə İsmayılov Səfa Mustafa oğlu

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti