Şəki Apellyasiya Məhkəməsində “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədovun apellyasiya şikayətinə baxılıb.

Teleqraf.az-ın verdiyi məlumata görə, hakim Rafael Əliyevin sədrliyi ilə keçən məhkəmədə T. Xasməmmədovun özü də iştirak edib və son söz söyləyib. O çıxışında həbsinin siyasi motivlərlə bağlı olduğunu və hüquq müdafiə fəaliyyəti ilə məşğul olduğuna görə həyata keçirildiyini bildirib. O məhkəmədən prosesin uzanmamasını, onsuz da hər hansı müsbət qərar gözləmədiyini və səhətində problem olduğuna görə etap olunmasından əziyyət çəkdiyini bildirərək tez qərar verilməsini istəyib. 
Məhkəmədə hüquq müdafiəçisinin çox saylı vəsatətlərindən heç biri qəbul olunmayıb. Məhkəmə hadisənin əsas şahidlərindən olan onun anası Gülbuta Xasməmmədovanı dinləməkdən və hadisə yerinə quraşdırılmış video görüntülərə baxış keçiməkdən imtina edib. 
Məhkəmədə Göyçay rayon polis şöbəsinin rəis müavini Faiq İlyasov başda olmaqla 4 əməkdaşı iştirak edib və onların hamısı T. Xasməmmədovdan şikayətçi olduqlarını bildiriblər. Polislər məhkəmədə ifadə verərək bildiriblər ki, Xasməmmədov onları təhqi edib, döyüb və paqonlarını söküb yerə atıb. Nəticədə polis əməkdaşları xəsarət alıb. Polis əməkdaşlarından bədən və cüssəcə xeyli zəif olan Taleh Xasməmmədovun 4 polis əməkdaşını eyni vaxtda döyməsindən təəccüblənən hakim hüquq müdafiəçisnə maraqlı sual verib; “Siz karate üzrə qara kəmər sahibsinizmi?” Xasməmmədov isə hakimə cavabında idmançı olmadığını, polislərin onu şərlədiklərini və sifarişlə ona böhtan atdıqlarını bildirib.
Şəki Apellyasiya Məhkəməsi Göyçay rayon məhkəməsinin Taleh Xasməmmədovun 3 il müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarını dəyişmədən qüvvədə saxlayıb. 
Taleh Xasməmmədovun yaxın günlərdə Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasına etap olunacağı və ordan da Cəza Çəkmə Müəsisəsinə göndəriləcəyi gözlənilir.
Xatırladaq ki, T. Xasməmmədov bu ilin 24 fevralında Göyçayda ailə üzvləri ilə mebel salonundan çıxarkən şərlənərk həbs olunub. Onun səhətində ciddi problemlər mövcuddur və müalicə olunmasına ehtiyac var.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti