Ağdaş rayonunda dəhşətli hadisə baş verib. Kükəl kəndində dayı öz bacısı oğlunu baltalayıb. Kənd icra nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, Mingəçevir şəhər sakini 1970-ci il təvəllüdlü Cavid Mayıl oğlu İbrahimov təxminən iki ay əvvəl kəndə gələrək babasına məxsus mülkdə yaşamağa başlayıb. İki gün əvvəl isə kəndə qonaq kimi onun bacısı oğlu, 1978-ci il təvəllüdlü Mustafa Rüfət oğlu Sofiyev gəlib.

"Dayı bacısı oğlu Mustafanın barmağını kəsib"

Dayı ilə bacıoğlu kənddəki evdə spirtli içki qəbul edəndən sonra aralarında münaqişə yaranıb. 46 yaşlı Cavid İbrahimov aralarında yaranan bu mübahisə zamanı 38 yaşlı bacısı oğlu Mustafa Sofiyevin əvvəlcə baş nahiyəsinə, daha sonra isə üzünə balta ilə zərbə endirib. Bununla da ürəyi "soyumayan" dayı Mustafanın əl barmaqlarından birini kəsib və daha sonra da onun əlinin üzərinə yenidən balta ilə zərbə endirib. Bacısı oğlunu baltalayan dayı ərazidən qaçıb.

Çoxlu qan itirən Mustafa Sofiyev dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C. İbrahimov tutulub və ondan 353,8 qram marixuana götürülüb.

Hadisə baş verən vaxt da onların narkotik vasitə qəbul etdiyi bildirilir.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.   

Qohumun öz qohumunu baltalaması bundan əvvəl Beyləqan rayonunda da baş verib. Rayonun Birinci Şahsevən kəndində 1969-cu il təvəllüdlü Məhərrəm Oruc oğlu Quliyev qardaşı - 1975-ci il təvəllüdlü Xudat Oruc oğlu Quliyev tərəfindən baş nahiyəsindən aldığı balta zərbəsi nəticəsində dünyasını dəyişib. 

Hadisəyə səbəb eyni həyətdə yaşayan iki qardaşdan kiçik olanının böyük qardaşın həyat yoldaşına və uşağına əl qaldırması olub. Belə ki, ölən Xudat Quliyevin övladlarının həyətdə səs-küy salması uşaqların əmisi Məhərrəm Quliyevə xoş gəlmiyib. O, qardaşının evinə gələrək uşaqları və qardaşının arvadını döyməyə başlayıb. Ailəsinin qardaşı tərəfindən döyüldüyünü görən mərhum M.Quliyev qardaşı X.Qulieyevlə mübahisə edib. Mübahisənin qızışdığını görən kiçik qardaş həyətdəki baltanı götürərək qardaşının boyun nahiyəsidən zərbə endirib.

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti