Saxta mühacir skandalında adı keçən Elnur Mirzəyev Müsavat Partiyasının eks-başqanı İsa Qəmbərin ittihamlarına cavab verib. 

Qafqazinfo xəbər verir ki, İ. Qəmbərin bir gün əvvəl yazdığı “Ən çox diqqətimi çəkən Elnur Mirzəyevin bu sözləri oldu: "Və məni partiyaya apardılar, orda qapıda gözlədim. Sonra da mənə bildirildi ki, məsələ bir-iki günə həll olunacaq. Dedikləri kimi də oldu. İki gündən sonra mənə zəng gəldi ki, hazırdı. Və mənə bilet, Müsavatın nizamnaməsi, himni və strukturları haqda bir qovluq verdilər." ...apardılar, ...bildirildi, ...zəng gəldi, ...qovluq verdilər...Kim??? Kimlər??? Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar” fikrinə E. Mirzəyevin cavabı belə olub:

“Məni partiya binasının qarşısına gətirməkdə məqsədləri məni üzv olmaqla bağlı inandırmaq olub. Mən o zaman Gülağa Aslanlı və Vəfa Cümşüdlüyə öz partiya biletimin kopyasını göndərmişəm. Onlar onun saxta olub-olmadığını məndən yaxşı bilirdilər. İndi niyə bəyanat verdilər? İndi siz kimi mühakimə edirsiniz saxta sənədlə mühacirətə gedəni, yoxsa saxta sənəd düzəldəni? Əgər saxta sənədlə mühacirətə gedənləri mühakimə edirsinizsə, o zaman Belçikada 10-larla belələrindən var. Belçika Miqrasiya İdarəsinə sorğu göndərin, onlar sizə ətraflı məlumat versinlər. Gülağa Aslanlının bəyanatında tək mənim adımı deyil, başqalarının da adını görsəm,  o zaman sənədlərimi kimdən almışamsa detallarla açıqlayacam”.

İsa Qəmbər isə məsələyə belə aydınlıq gətirib:

“Gülağa Aslanlının bəyanatına bir daha diqqət edin, orada siz ittiham olunmursunuz, sizi aldadan saxtakarlar ittiham olunur. Ona görə mən təklif etdim ki, sizi aldadanlarln adını çəkəsiniz. Məhz bu halda biz saxta sənəd alverçilərini ifşa edə bilərik.

Deyirsiniz ki, başqa saxta sənəd sahiblərinin adı bəyanata daxil edilsə, siz saxtakarların adını çəkəcəksiniz. Əvvəla, saxta sənəd sahiblərinin adı bizə bəlli deyil, həmin adlar onlara saxta sənədləri verənlərdə ola bilər. Belçika Miqrasiya İdarəsinə müraciət edə bilərik, amma bizim məqsədimiz mühacirləri ifşa etmək deyil, saxtakarları ifşa etməkdir. Çünki, hətta saxta sənəd və bəhanələrlə Avropada oturum almaq istəyənlər də ölkəmizdə dözülməz sosial-iqtisadi və siyasi şərait yaratmış Əliyev rejiminin və bu səbəblərdən mühacirət edənləri aldadan saxtakarların qurbanlarıdır. 

Odur ki, əgər həqiqətin ortaya çıxmasında siz də bizim kimi maraqlısınızsa, sizə saxta sənəd satanların adını çəkin”.

Mühacir skandalının qəhrəmanı isə heç kimin adını yersiz çəkmədiyini İsa Qəmbərin diqqətinə çatdırıb:

“ İsa bəy, bəs Gülağa Aslanlı bu bəyanatı verəndə məni və ailəmi fikirləşmədi? O ancaq özünü və Eldar Zeynalovu fikirləşib. Mən heç kimin adını yersiz çəkməmişəm. Gülağa bəyin dostluğunda varam, mənə əməkdaşlıq təklif edə bilərdi. Razılaşmasaydım, o zaman bəyanat yerində olardı.

Gülaga Aslanlı mənim partiya biletimin sürətini 2 noyabr 2014-cü ildə görmüşdü. Bu sənədlərdə yazılana görə, Eldar Zeynalov şəxsən özü mənim haqqımda sizdən 9 iyul 2014- cü il tarfixdə informasiya alıb.  Bu həqiqətdir, yoxsa burada da saxtakarlıq var?”

 

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti