|
Xəzər Teyyublu: “Referendumdan sonra sosial şərait pisləyəcək və çoxlu sayda işsiz təbəqə ortaya çıxacaq”
Ölkədə keçiriləcək Referendum seçkilərindən sonra yaranacaq vəziyyətlə bağlı Teleqraf.az-a münasibət bildirən KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki, “ KXCP ölkəni monarxiyaya aparan referendumda iştirak etməməyə çağırıb”: KXCP bu məsələlri müzakirə edərək referendumda iştirakı məqbul hesab etməyib. KXCP ictimaiyyəti də ölkəni monarxiyaya aparan referendumda iştirak etməməyə çagırıb. Bu haqda partiyanın idarə heyətinin qərarı var. Qeyd edilməlidir ki, referendumdan sonra ölkədə iqtisadi geriləmənin sürətlənəcəyi, işsizlik və əhalinin kredit böhranının və sosial şəraitin dərinləşdirəcəyi, qiymətlərin qalxacağı qaçılmaz görünür. İqtidar da ixtisarlar və struktur islahatlarına getməyə məcbur qalacaq. Bununla da çoxlu sayda işsiz təbəqə ortaya çıxacaq. İqtidar ölkədə baş verən sosial gərginlikləri Qarabagda gedəcək proseslər nəticəsində kompensasiya etməyə çalışacaq. Xülasə Qafqazda gərginlik artan sürətlə qalxacaq. Əhalidə isə heç zaman sosial çətinliklərə dözmək fikri üstün olmayıb.
Azərbaycan, Rusiya və iran prezidentlərinin görüşü təsdiq edə bilər ki, regionda ciddi təlatüm yaşanır. O təlatüm ki, 200 ildir rus- fars Azərbaycan torpaqlarını param- parça edir. Bu gün də proses davam etməkdədir. Arzulayaq ki, bu formatda görüşdən Azərbaycana təhlükə yaranmasın .Ölkədə milli dirəniş hərakatının zəif və yaxud olmaması suverenliyimizi təhlükəni iki qat artırır".
Elşən Əlisoy