Səxavət Tağlar

Şahlargilin ailəsi əlinin əməyi ilə  dolanıb, halallıqla yaşayır. Şəhərin kənarında yaşadıqlarından həyətlərində mal-heyvan, toyuq-cücə də saxlayırlar. Ailədə hamı sənət, peşə sahibi olsa da , evin böyük oğlu Şahlar “bazar adamıdır”. Çörəyi bazardan çıxır.

    ...Bir gün bazardan evə qayıdarkən əlində iri toyuq xoruzu tutmuş oğlanın:

    ─Xoruz! Xoruz! Satıram ucuz qiymətə... sözləri , ona anası Bənövşə xalanın xoruz almaq tapşırığını yadına saldı.  Odur ki, qırmızı rəngli, caydaq bu xoruzu əlinə alıb baxdı və xoşuna gəldi.

            ─Neçiyədir?

            ─15 manata.

            ─10 manat verim.

            ─Nə 10 manat. Görmürsən 3 kiloqram əti var.

            ─15 manat bahadır.

            ─ Yaxşı onda 13 manat ver

   Şahlar 13 manat verib xoruzu aldı. Evlərinə gələn kimi ony toyuqların içinə atdı.

         Xəstəxanada tibb bacısı işləyən anası Bənövşə xala axşamçağı işdən evə gəldi. Toyuqların içində bir qırmızı xoruz görüb sevindi. Ürəyində oğluna təşəkkür etdi.

     ... Şahlar isə həmişəki kimi bazar uşaqları ilə birlikdə idi. Çayxanada . Evə qayıdanda hamı yatmışdı. Heç kəsi narahat etmədən  yataq otağına keçdi. Nə qədər yavaş, ayaqucu yerisə də həyat yoldaşı Qəmər oyandı.

     ─Gəldin?

     ─Nədiki?

     ─ Çaya-çörəyə ehtiyacın var?

     ─Yox! Narahat olma.

     ─Onsuzda hər axşam bizi narahat edirsən...

     ─ Nə narahatçılığı?

     ─Yazıq anan yatana kimi yolunu gözlədi. Deyir, biraz qəpik-quruş qazanır, onuda siqaretə, çayxanaya... Nə bilim... nəyə...nəyə... xərcləyir.

 Şahlar çarpayısına uzandı. Həyat yoldaşı Qəmərin sözlərindənmi, nədənmi anası Bənövşə xalanın öyüd-nəsihəti onu rahat buraxmadı. “...Bala tələbxərc olma, bizim o qədər görüləsi işimiz var ki, bacın nişanlıdır, ona cehiz düzəltmək, qapı-bacaya əl gəzdirmək, kreditlərimizi vaxtlı-vaxtında ödəmək, üstəlik xeyir-şər tədbirləri...”. Şahlar yatmaq istəsə də gözləri tavana dikildi.   Böyük övlad kimi hər çətinliyin onunla olduğunu dərk edirdi. Buna görə də beynində dolandı: “Sabah mütləq bazarkomla danışmalıyam. Bir xodavoy  yer götürüb, tupik yerimi təhvil verməliyəm. Alver gedən, pul çıxan bir yer...”

    ...Necə yuxuya getdiyini heç özü də bilmədi. Vağzalı çalınırdı. Bənövşə xala qızını, Şahlar isə bacısını gəlin köçürürdü.  Toya gələn qohum-əqrabalar, dost-tanışlar “Allah mübarək eləsin!” deyib, yenicə təmirdən çıxmış evə məmnunluqla baxırdılar.  Üstəlik Şahların yenicə gətirdiyi PRODO LEXUS  aftomobilinə xələt verənlər də olurdu.  Elə bazarkom Əli 50 manat xələt verdi. Şahlar toy yiyəsi kimi həm geyiminə, həm də yaxşı pul xərcləməyinə görə öz-özündən razı idi. O, tez-tez dostlarının  yanına gəlib, onların şərəfinə badə qaldırmağı, yaxud onların Şahlar haqqında deyilən gözəl sağlıqları dinləməyi də unutmurdu. Ən gözəl sağlıq, xoş söz bazarkom Əlinin oldu. O, əlini Şahların çiyninə qoyub:

     ─Şahlar, sən bizim bazarın gözüsən. Sənin sözün bizim üçün yekdir. Toyunuz da, təzə maşının da mübarək olsun!

    Şahlar:

   ─Əli müəllim! Nəyə nail olmşuqsa sizin rəhbərliyinizlə, sizin köməkliyinizlə olub. Allah canını sağ eləsin! Bu badələri  də sizin sağlığınıza qaldırırıq...

    Sağlığa bazar uşağları ayağa qalxdı. Əl çalıb Əli müəllimi dövrəyə aldılar. Musiqi sədaları altında rəqs davam etdi. Şahlar gözucu  anası Bənövşə xanımın sevincini izləməyi də unutmurdu. Onun öyüd-nəsihətləri çin olmuşdu. Bütün bazar əhli Şahların başında, onun uğurları, şən günü ilə birlikdə idi.

    Evin həyətində bazarkom Əlinin  PRODO LEXUS maşını, Şahların yeni gətirdiyi PRODO LEXUS maşını ilə bərabər dayanmışdı. Əli müəllim  getmək istəyirdi... Yenə də toy şənliyində əksəriyyət təşkil edən bazar uşağları onu təmtəraqla, öz əhatələrində maşına qədər gətirdilər. O, maşına minər-minməz üzünü Şahlara tutub:   

 ─Şahlar, bir həftə mən xaricdə olacam. Bütün işlərimi, o cümlədən  bazara rəhbərliyi sənə tapşırıram... İnamım yalnız sənədir.

  ... Səhərə yaxın idi. Şahlar qeyri-adi xoruz banına yuxudan diskindi. Xoruzun səsi kəsmirdi:

    ─Quqqulu ... quuu...

O bir şey anlamırmış kimi yataqda, yerinin içində oturdu.  Aldığı qırmızı rəngli, caydaq  xoruz isə öz işində idi:

    ─Quqqulu... quuu...

   Yalnız indi hiss etdi ki, özgə bir aləm içində olduğu  bu təm-təraq, bu sevgi, bu hörmət-izzət yuxuymuş. Sadəcə bir yuxu.

     O, narahat şəkildə həyətə endi. Bazara gecikmişdi. Tələsirdi ki, evdən çıxsın. Aldığı qırmızı rəngli,caydaq xoruz isə banlayırdı:

     ─Quqqulu... quuu....

     Bu səs Şahların beyninə işləyirdi. O, yerdən bir daş parçası götürüb xoruza atdı. Və:

     ─ Kaş səni almayaydım-dedi.

    

 

 

 

Bölməyə aid digər xəbərlər

03 İyul 2023 Azərbaycan dünya pasportlarının reytinqi siyahısında yüksəlib

03 İyul 2023 Bakıda yaşayış binasında yanğın oldu - Yenilənib

02 Noy 2021 Həbsdəki gömrükçü müraciət yaydı

06 Apr 2019 “Uşaqlarım artıq-əskik paylaşım etsə, başlarını kəsərəm” – Əməkdar artist

06 Avq 2018 Balakən-Bakı qatarında insident olub

06 Avq 2018 Moskvada gürcü əsili silah baronunun oğlu intihar edib

06 Avq 2018 Atəşkəs 86 dəfə pozuldu - Cəbhədə gərgin gecə

06 Avq 2018 Paytaxtın bu ərazilərində su olmayacaq

06 Avq 2018 250-dək müştəri qiymətli hədiyyələr qazandı

08 Fev 2018 Polis bölməsində jurnalistə işgəncə verilib

28 Okt 2016 “Raqqanı istəyirik” – Səudiyyə Ərəbistanı

27 Okt 2016 Kitabxanada yanğın olub

26 Okt 2016 Kimlər ABŞ prezidenti olub?

19 Okt 2016 KXCP Ali Məclisinin referendumla bağlı bəyanatı

18 Okt 2016 Yol polisi bir gündə 4796 sürücünü cərimələyib

18 Okt 2016 Dövlət müstəqilliyimizin tarixi nişanəsi – 18 oktyabr

18 Okt 2016 Üç nazir istefa verdi

18 Okt 2016 KXCP Ali Məclisinin Dövlət Müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibəti ilə Müraciəti

17 Okt 2016 Axtarışda olan şəxs özünü bıçaqlayıb

17 Okt 2016 Bərdədə baş verən yol qəzasında bir nəfər ölüb

17 Okt 2016 KXCP Ali Məclisinin sessiyası keçirilib

17 Okt 2016 Bakı yollarında sürət həddi azaldılıb

17 Okt 2016 Bakıda cinsi azlığın nümayəndəsini bıçaqladılar

17 Okt 2016 Hacıqabulda 15 yaşlı oğlan dəm qazından zəhərlənib

16 Okt 2016 Bürclər-17 Oktyabr

16 Okt 2016 Sabah yağış yağacaq, arabir leysana xarakterli olacaq

14 Okt 2016 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir

14 Okt 2016 Azərbaycanda doqquz ayda374 nəfər İİV-ə yoluxub

13 Okt 2016 Azay Quliyev Monteneqronun Prezidenti ilə görüşüb

13 Okt 2016 Bakıda polis avtomobili qəzaya düşdü

Xəbər lenti