Gənc  müğənni Sultan Rusiyada  növbəti uğura imza atıb. 

Moskvada yaşayan həmyerlimiz müğənni Sultan Rusiya şou-biznesində növbəti qələbəsini qeyd edir. "Vzletay" mahnısı ilə qardaş ölkənin hit-paradlarında özünə layiqli yer tutan Sultan, həm də sözügedən ifasına çəkdirdiyi ekran işi ilə gündəm yaratmaqda davam edir. Belə ki, sevimli ulduzun çəkdirdiyi bu klip Azərbaycan müğənniləri arasında ilk dəfə olaraq "ELLO TV"nin "Top 10" liyinə daxil olub.  Bahalı klipləri və məşhurluğu ilə rus ulduzları ilə rəqabətini davam etdirən Sultandan yeniliklər gözləməyə hazır olun.   

Xəbər lenti