“Yenə ana olmaq istəyirəm”.

Telejurnalist  Xoşqədəm Hidayətqızının türkiyəli həyat yoldaşı, müğənniDoğuş “Söyləməzsəm olmaz” verilişində qonaq olub.

Oxu.Az xəbər verir ki, ifaçı yeni doğulan əkizlərindən birinin adının Arda Aslan, digərinin isə Arın Aras olduğunu bildirib.

Əkizləri ilə ilk dəfə kamera qarşısına keçən Xoşqədəm Hidayətqızı, Arının bir neçə gün küvəzdə saxlandığını və buna görə günlərlə ağladığını deyib:

“Bir qadın, ətrafımda isə 4 kişi var. Ona görə də Doğuş da, mən də əkizlərdən birinin qız olmasını arzulayırdıq. Buna görə yenə ana olmaq istəyirəm. Mən şanslı anayam, evdə məni 4 kişi qoruyacaq. Həm də Azərbaycan və Türkiyə üçün əsgər böyüdürəm.

Arın doğulanda bir neçə gün küvəzdə qaldı. Hər gün ağlayırdım. Arın küvəzdə olanda, eyni zamanda hamiləlik dövründə də dua edirdim ki, Allah bütün övlad istəyənlərə övlad nəsib etsin.

Həmişə 58 kiloqram olmuşam. Hamiləlik dövründə 24 kiloqram kökəldim, depressiyaya düşdüm. Ekran insanı daha da kök göstərir. Bunu aparıcılar yaxşı bilir. Doğuşdan sonra 17 kiloqram çəki atdım. Hələ də pəhriz davam edir”.

Xəbər lenti