Aktrisa kimi də fəaliyyət göstərən məşhur  model Sevinc Şirinova “Üç badam bir qoz” adlı filmə çəkilir.

Sevinc Şirinova bu haqda Teleqraf.az-a- danışıb:

"Üç badam bir qoz" filmindən mənə dəvət gələndə əvvəlcə çəkilə bilmərəm deyə düşündüm və sonra özümü kəşf edib əksini gördüm. Film komediya janrındadır. 
Xatırladım ki, ilk dəfə komediya janrında bir filmə çəkilirəm. Film hədsiz maraqlı və gülüş doğurandır. Obrazıma görə çox sevinirəm. İnşallah, çox maraqlı komediya gəlir. Hər  kəsin əməyi olan bu filmdə uğurlar arzulayıram  və hazırlaşın film, inşallah, yeni mövsümündən bütün  Kino Mərkəzlərində yayımlanacaq".

Qeyd edək ki, filmin baş rollarını instaqramın fenomenləri Altun Mətləboğlu, Mənsur Şərif, Rəsul Abbasov, Sabir Samiroğlu ifa edir. Sevinc Şirinovanın tərəf müqabilləri cazibədar aktrisalar Cəmilə Tağızadə, Mila və Nigar Babayeva olacaq. Qurluşcu operatorluğunu Nicat Zeynallının və rejissorluğunu Rafael Bağıroğlunun etdiyi filmin bu ilin yeni mövsümündə təqdim olunacağı gözlənilir.

Xəbər lenti