|
Klassik Xalq Cəbhəsi Partiyasının Referendiumla bağlı
Bəyanatı
KXCP hakimiyyət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı təkliflərindən narahatlığını bildirir. 1995- ci ildə qəbul edimiş AR Konstitutsiyanın bəzi maddələri ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının prinspləri pozulmuş, ölkəmizin dövlət qurluşu ilə bağlı ziddiyyətlər və Qarabağ probleminin dərinləşməsi istiqamətində çox ciddi problemlər yaradılmışdır. Buna baxmayaraq 2002 və 2009-cu illərdə keçirilən referendiumlar bu ziddiyyətləri aradan qaldırmaq, dövlətimizin varislik prinsipini bərpa etmək əvəzinə, hakimiyyətin ailə daxilində ötürülməsi kimi məsələlərin həllinə yönəldilmişdir. İndi isə iqtidar ailə hakimiyyətinin uzun müddətliliyini təmin etmək üçün artıq üçüncü dəfə referendum keçirmək niyətindədir. KXCP beləı referendiumların keçirilməsinə qəti etirazını bildirir.
KXCP bir daha xatırladır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına əsasən yalnız və yalnız Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini təmin etmək, yəni Azərbaycan Respublikasının parlamentli respublikaya çevrilməsi məqsədi ilə referendium keçirilməlidir.