Yasamal rayonunda plana düşən xüsusi mülkün sahibi Rəşidova Məryəmxanım Yaqub qızı plana düşən mənzilinin dəyərini icra hakimiyyətindən ala bilmir. Bundan başqa mülk sahibi iddia edir ki, icra hakimiyyətinin əməkdaşları mənzili ölçərkən 57.95 kv. sahəsi olan mülkü 42 kv.m-dən hesablayırlar. Mülkiyyət hüqunun pozulduğunu bildirən şikayətçi Teleqraf.az-a yazaraq problemini diqqətdə saxlamağımızı xahiş edib. 

Teleqraf.az-ın emailinə gələn məktubu olduğu kimi təqdim edirik: 

 Azərbaycan Dram Teatrının arxa hissəsindən Bakının Sovetski küçəsinə qədər evlərin plana getdiyini hamı bilir və burada söküntü işləri hələ də davam edir. Ərazi məhz Yasamal rayon İcra hakimiyyətinin nəzarəti altındadır. Yəni bu sahələr heç bir şirkət tərəfindən alınmayıb. Tam dövlət tərəfindən bu sahələr plana düşüb. 

Mənim bacım Rəşidova Məryamxanım Yaqub qızının evləri də bu əraziyə düşür Yəni dəqiq ünvan Çingiz Mustafayev küçəsi, dalan 13 ev 8-dir. Bu evin ümumi sahəsi 57, 95 kv.m. olduğu halda İcra hakimiyyəti bütün evləri özlərinin xüsusi aparatı ilə yalnız evin iç sahəsini ölçürlər, yəni bu köhnə binaların daşların qalınlığı 70 sm olmasını nəzərə almırlar. Beləliklə bacımın evinin sahəsini 42 kv.m-dən hesablayıblar. Nəzərinizə çatdırım ki, bacımın evi xüsusi mülkdür. Bu bizə haqq verir ki, evin hər kv.m.-ni dövlətin istədiyi 1500 manatdan deyil, tutaq ki, 2000 manatdan sata bilərik. Amma bunlar ilə razılaşsaq da heç olmasa dəqiq ölçüb sahə haqqımızı istəyirik. Biz evə qalxdığımız uzun pılləkanın sahəsindən, qapının qarşısındakı eyvanın sahəsindən danışmırıq. Axı evə vertalyotla girmirik ki,...Deməli bunlar 86 925 manat pul vermək əvəzinə (qeyd etdiyim kimi bura pilləkan və eyvanın sahələri daxil deyil) 64 450 manat pul verirlər. Etiraz etdiyimizi görüb sonradan minnətlə guya bizə hörmət edib eyvanla pilləkana görə artım edərək 66 217 manat pul verirlər. Sözsüz ki, biz buna narazıyıq.

Sonradan biz bir vəkil ilə söhbət etdik və məhkəməyə vermək üçün sənədlərimizi hazırlayırdıq ki, İcra hakimiyyəti özü bizi məhkəməyə verdi. Fərq etməz deyib 15 apreldə 1-ci məhkəmədə olduq. Məhkəmə 1-saylı İnzibati-İqtisadı Məhkəməsində Müseyib Bayramovun hakimliyi ilə keçirildi. Maliyyə nazirliyinin nümayəndəsinin təmin olunması ilə əlaqədar məhkəmə təxirə salındı və vaxtı məlum olmadı.

Bu vaxt bizim vəkil (biz ondan yalnız məsləhət alırdıq) qarşılıqlı iddia ərizəsi yazdı və bizə məlum oldu ki, demə alacağımız puldan əlavə bu pulun 20%-i qədər kompensasiya da verməlidirlər. Yəni Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 17 385 manat da əlavə almalıyıq. Bu da cəmi 104 310 manat edir. Təsəvvür edirsinizmi, eyvan və pilləkansız 40 min bu hakimiyyət bir ailədən qanunsuz götürürsə görün orada nə qədər ailəni aldadıblar. Burada evlər həyət evləri olduğundan həyətin sahələri də onlara aid olur.

Mən bacımın natariusdan qeydiyyatdan keçirilmiş vəkili olduğumdan qarşılıqlı iddia ərizəsini apardıqdan sonra 2-ci məhkəmənin nə vaxt olacağını soruşdum və hesab edirəm ki, mən soruşmasaydım yəqin ki, bu məhkəmə hələ də yubanacaqdı. Beləliklə 2-ci məhkəməni 16 mayda keçirtdilər və özlərinin tələb etdiyi maliyyə nazirliyinin nümayəndəsi iştirak etmədi. Bizim qarşılıqlı iddia ərizəmizi də hakim dedi ki, belə bir şey ola bilməz. Siz yalnız bunu ayrıca verə bilərsiniz. Məndən bu ərizəni geri alınmasını istədi və mən qəbul etmədim. Qanunları bilmədiyimdən sadəcə olaraq dedim ki, qoy bu bizim fikirlərimiz olaraq işin içində qalsın. Sonradan biz bunu vəkilə çatdıranda dedi ki, yalan deyir 53 maddəyə görə biz bu ərizəni verməyə ixtiyarımız var. Nə isə... Məhkəmədə sual etdim ki, hökumətdən torpaq sahəsi alanda hasarın daşını aldığımız sahənin içinə qoyuruq yoxsa çölünə? Cavab verilmədiyindən əlavə etdim ki, bizim sahə də içdən yox, damdan ölçülməlidir. Orada bu evin xüsusi ev olduğunu və pilləkanla eyvanın sahəsini ölçmədiyimizi, hətta bizim evə daxil olmağımızın vertalyolla olmadığını da bildirdim. Hakim bu dəfə icra hakimiyyətinin nümayəndəsinə tapşırdı ki, gedin dəqiq ölçün və növbəti məhkəməni mayın 23-nə təyin etdilər. Hiss etdim ki, bunların məqsədi sadəcə işi yubatmaqdır. Həm də hiss olunurdu ki, hakimiyyət məhkəmə ilə bizi sadəcə qorxutmaq istəyib. Onu da deyim ki, məhkəmələr arasındakı uzun fasilədə hakimiyyət 2-ci təzyiqini tətbiq etdi. Evin qazını, suyunu, və işığını kəsdi. Bütün bunlardan sonra qərara gəldik ki, məhkəmədə danışmaq üçün özümüzə vəkil seçək və əvvəldən bu işin içində olan vəkili seçdik. Gələn məhkəmədə o bizim haqqımızı qoruyacaq.

Maraqlı orasındadır ki, məhkəmənin icra hakimiyyətinə tapşırdığı "gedin dəqiq ölçün" təklifini 3 gündən sonra, yəni dünən, 19 mayda tamam başqa cür yerinə yetirdi. İcra hakimiyyətinin "qoçu"ları gəlib bacımgilə vaxt verib ki 23 maya qədər köçməsənin ( fikir verin həmin gün həm də məhkəmədir ha...) biz gəlib buraları sökəcəyik. Bu da 3-cü təzyiq. Bu da hakimin bəlkə də üstüörtülü dediyi tapşırıq...Çünki gələn "qoçu"lar deyib ki, hakim də bizim adamdır. Bax, bu dediklərini sübut edə bilməyəcəyik. Çünki, o an nə biləydik ki, belə deyiləcək və biz onun səs yazısını yazaydıq. Amma çarə var. Əgər hakim onların xeyrinə qərar verərsə bu elə əməli sübut deyilmi? Bir haşiyəyə çıxmaq istəyirəm. Sökülən evlərin arasında yerləşən icra hakimiyyətinin bu məsələlər üzrə komissiyasının qəbuluna gələnləri içəri buraxarkən hətta telefonlar da əllərindən alınırdı. Niyə?

Bu hakimiyyətin bir ailənin başına gətirdiyi oyunlar. Yoxsa oradan sakit köçüb gedən, öz haqlarını tələb etməyən dilsizlər kimi hərəkət etməliydik? Axı 40 min + eyvan ilə pilləkanın sahəsini onlara niyə bağışlayaq? Kasıbdırlarmı?

Bugün məhkəməyə onların təzyiqi haqda ərizə verəcəyik. Vəkilimiz maddələrlə bunun qanunsuz olduğunu göstərib. 

Sizdən isə xahişim odur ki, bizə qarşı həyata keçirilən haqsızlığı ictimailəşdirəsiniz. Bu hadisə tək bizim başımıza gəlməyib və gəlməyəcək də...Bu hamının ümumi bəlasıdır.

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti