|
Ağsuda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 182 m² olan 2 mərtəbəli 9 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb.
Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.