Şəki rayonunda əri ilə mübahisə edən qadın intihara cəhd edib.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə dekabrın 23-ü axşam saat 17 radələrində Şəki şəhəri Cəlil Məmmədquluzadə küçəsi, ev 20 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Suğra Sərhəd qızı Sədrəddinova özünü asmaq istəyərkən ailə üzvləri tərəfindən xilas edilib. 28 yaşlı qadın Şəki Rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçiriləndən sonra evə buraxılıb.

Aparılan ilkin araşdırma zamanı məlum olub ki, əri ilə mübahisə edən S. Sədrəddinova bundan sonra intihar etmək istəyib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti