6 ildir tək başına , köməksiz böyütdüyüm, heçnəyə baxmayaraq əla qiymətlərlə oxutduğum uşaqları bu gün mənim əlimdən alıblar. 

Uşaqların alimentini vaxtı -vaxtında verməyən , indi də 3000 manata kimi alement borcu olan bir ataya uşaq etibar etmək olarmı ?!

Xaçmaz şəhəri Qələbə küçəsi ev 1 mənzil 9 da yaşayan Yüsifova Fatimə Səfərəli qızı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə Mediaxeberleri.az saytı vasitəsilə müraciət məktubu ünvanlayıb.

 Teleqraf.az-da məktubu olduğu kimi dərc edir.

Möhtərəm Prezident ! 

Sizə bildirmək istəyirəm ki, mənim Qədirov Şamildən 2 azyaşı övladımız var. Biz 2010 -cu ildə boşanmışıq . Məhkəmə qərarı ilə uşaqlar məndə qalıb. Eyni zamanda həfdənin 2 qeyri iş günlərini məhkəmə uşaqların atası ilə qalmağına qərar verib. Öklənin qanunlarını , məhkəmə qərarını rəhbər tutaraq, uşaqların atası ilə görüşməyinə heç bir məhdudiyyət qoymamışam. 2015-ci ilin noyabr tətilində atası uşaqları əvvəlki qaydada götürdü. Dərs başlayan zaman uşaqların geri göndərməsini istədim. Keçmiş həyat yoldaşım uşaqları mənə verməyəcəyi ilə hədələdi.

Uşaqlarım Rza ilə Sevil Xaçmaz rayon 1 N-li məktəbin şagirdləri olub. Məktəbin direktoru Adil müəllim, mənim xəbərim olmadan tanımadığı adama uşaqların şəxsi işini verib. Baxmayaraq məktəbdə bütün tədbirlərdə valedeyin kimi mən iştirak etmişəm. Valedeynin xəbəri olmadan məkdəb direktorunun belə bir addım atmağa səlahiyyəti varmı?

Uşaqların hal-hazırda oxuduğu Şabran rayon Gəndov kənd orta məktəbində uşaqlarımın dərsi və öz vəziyyətləri ilə maraqlananda məni sinifə buraxmadılar. Səbıbini soeuşanda mıktəbin direktoru Samirə xanım , mənim üzərimə hücum çəkərək , məni 102* ilə hədələdi. Uşaqların sinif rəhbəri Şəkalə xanım bir güclə jurnalı çölə gətirərək, uşaqlarımın dərsdə iştirak dərslərdə iştirak etmədiyini dedi. Jurnala baxanda , əvvəllər əla qiymət alan uşaqların , indi qayıbları sıraya düzülüb. Direktor müəlliməni mənə jurnal göstərdiyi üçün danladı, sonra Mıhbubə adlı bir müəllimə məni çölə itələyərək , içəri olmaz dedi.

Direktora da bildirdi ki, narahat olmayın, Şamilə deyərəm bir arayış gətirsin güya uşaq xəstə olub, ona görə dərsə gəlməyiblər . Belə lageyid direktorun üzündən uşaqların dərsləri ilə də maraqlana bilmirəm. Mənim uşaqlarımın musiqi və riyaziyyat dərnəyi də yarımçıq qalıb.Mən övladlarımı ölkə üçün, vətən üçün layiqli övlad kimi böyetmək istəyirəm , bu ruhda tərbiyə etmişəm . İndi isə ögəy ananın himayəsində , uşaqlarına 60 manat alementi verməkdən boyun qaçıran atanın himayəsində acınacaqlı vəziyyətdədir.

Uca allahdan sonra, sizin köməyimizə möhtacam. Bir ana kimi xahiş edirəm ki, övladlarımın mənə qovuşdurulmasına yardımçı olasınız. Mən anayam , sizlərin köməyinə möhtacam . Heç bir günahım olmadığı halda uşaqlarım əlimdən alınıb. Bununla bağlı məhkəməyə müraciət etmişəm.Xaçmaz rayon məhkəməsi uşaqların məndə qalması barədə qərar çıxardıb , amma məhkəmə icraçıları məhkəmə qərarını icra eləməkdən boyun qaçırdılar. İcra məmurlarından bunu tələb edəndə onlar məni küçə söyüşləri ilə təhqir edir, döyüb çölə çıxardırlar. Uşaqları da məhkəməyə gətirəndə 10 nəfərlə gətirirlər . Sanki uşaqlarım əsirlikdədir. 
Eyni zamanda uşağlarımın səhətində də ciddi problemlər yaranıb. Bədənlırində zorakılıq əlamətləri var. Xahiş edirəm məni uşaqlarımla qobuşmasına yardımçı olasınız. Müvafiq qurumlara tapşırıqlarınızı verəsiz.

Öncədən minnətdarlığımı bildirirəm. 

Yusifova Fatimə Səfərəli qızı

Xəbər lenti