KXCP adından Mirmahmud Mirəlioğlu Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib.

Teleqraf.az-ın  məlumatına görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Novruz Bayramı münasibətilə Sizləri – bütün bacı və qardaşlarımızı təbrik edirəm!

Əsrlərlə davam edən bu bayram Xalğımızın öz tarixi, milli adət-ənənələrinə sadiqliyinin bariz nümunəsidir. Novruz bayramı zaman – zaman yasaqlarla üzləşmiş, onu xalqımızın yaddaşlarından silmək istəmişlər. Lakin bu mümkün olmamışdır.

Bu gün çox təəssüf hissilə qeyd etməliyik ki, Novruzu Azərbaycanın tacı sayılan doğma Qarabağımızda qeyd etmək bizlərə nəsib olmur. Ancaq sosial - iqtisadi çətinliklər dövrü olsa da, milli adət - ənənələrimizin qorunması və onun inkişaf etdirilməsi milli kimliyimizin, bütövlüyümüzün formalaşmasına yardımçı olacağına əminəm. Xalqımızın iradəsilə işğal olunmuş torpaqlarımız azad ediləcək. Bu müqəddəs bayramın Bütöv Azərbaycanda qeyd ediləcəyi gün uzaqda deyil.

Əziz həmvətənlər!

Bir daha hər birinizi Novruz Bayramı münasibətilə ürəkdən təbrik edir, ailələrə xoşbəxtlik və ruzi bərəkət, Xalqımıza firavan gələcək arzulayıram.

 

Xəbər lenti