ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq Azərbaycana səfər edib. Səfər 2 gün - aprelin 14-15-i - davam edəcək.

Qaynar.info bildirir ki, bu barədə Trend-ə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən məlumat verilib.

ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq Dövlət Departamentinin qlobal iqtisadi səylərinə dəstək verərək, tərəfdaşlarla ticarət, maliyyə, telekommunikasiya, nəqliyyat, iqtisadi sanksiyalar, kommersiya imkanları və digər məsələləri müzakirə edəcək.

K.Tonq bu vəzifədə 2014-cü ilin iyul ayından çalışır.

K.Tnoq Azərbaycan hökuməti rəsmiləri, Azərbaycan və Amerika biznes nümayəndələri, azərbaycanlı tələbələrlə görüşərək Azərbaycanda iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacaq.

O, həmçinin ABŞ-ın Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək.

K.Tonq Azərbaycana ilk dəfə səfər edir.

 

Xəbər lenti