Dəyərli Media   mənsubları !
Hörmətli  Xanımlar və Bəylər!

Sizi, Milli Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qələminizin  - Millətimizə, Dövlətimnizə, İnsanlığa, Haqqa – Ədalətə  xidmət etməsini arzulayıram!
Həsən bəy Zərdabinin əsasını qoyduğu ,  Azərbaycan  Milli Mətbuatı uzun və şərəfli bir yol keçib.  Azərbaycan Mətbuatı   ilk illərdən -   Milli şüurun formalaşmasında öz damğasını vurmuşdur.  Türk millli şüurunun formalaşması və dünyaya çatdırılması  ideoloqlarımızın və mətbuatımızın xidmətidir.

 Bu uzun  illər Azərbaycan  mediası üçün  heç də, asan olmayıb. Azərbaycan mətbuatı fövqaladə vəziyyət rejimində də nəşr olunub, amansız represiyalar da görüb. Azərbaycan jurnalistlərinin böyük qismi azad mətbuatın bərqərar olması yolunda fəaliyyət göstərib. Lakin indiki siyasi şərtlər  altında bu azadlığa  nail olmaq  daha  çətindir.

 Sizə -   Azərbaycan mediasına  gerçək azadlığa  qovuşmağı arzulayıram!

Azərbaycan mətbuatının  heç bir siyasi qüvvənin diktəsini  öz üzərində hiss etməyəcəyi gün çox yaxındadır. Demokratik dünyada dördüncü  hakimiyyət sayılan media,  Azərbaycanda da layiq olduğu  yerə mütləq  sahib olacaq. Bu yolda  hər birinizə  uğurlar arzu edirəm.
 
Bir daha  bayramınız mübarək, əziz  media mənsubları!

 

22.07.2016.

 

Xəbər lenti