Əsabəli Mustafayev: “Sonrada deyirlər ki, bizdə vətəndaş cəmiyyəti qurumlarına heç bir problem yoxdur”

Sentyabrın 22-də Sumqayıt Apellyasiya Məhkəməsində cəkil Əsabəli Mustafayevin ölkədən çıxışına ikinci qadağa qoyulması barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Bu barədə vəkil özünün “Facebook” səhifəsində yazıb:

“Halbuki arqumentlərim çox ciddi idi. Ən əsası isə Vergilər Nazirliyinin rəhbərlik etdiyim QHT-ə əlavə vergi hesablanması barədə qərardan şikayət verdiyim üçün qüvvəyə minməyib. Qüvvəyə minməmiş qərara görə isə nə təşkilat, nə də rəhbəri məsuliyyət daşıya bilməz. Acınacaqlı haldır ki, hüquq müdafiəçilləri, vəkillər digərlərinin hüquqlarını müdafiəsi ilə yanaşı, həm də öz hüquqlarını müdafiə etməli olurlar, maddi itkilərə məruz qalırlar. Hal-hazırda mənim və rəhbərlik etdiyim təşkilat ilə bağlı 5 qurumda araşdırma gedir: prokurorluq, Nəsimi rayon Məhkəməsi, Sumqayıt İnzibati-İqtisad Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi (indi Ali Məhkəmə) və Avropa Məhkəməsi. Sonrada deyirlər ki, bizdə vətəndaş cəmiyyəti qurumlarına heç bir problem yoxdur”.

Xəbər lenti