31  oktyabr  2016-cı ildə,  Klassik Xalq Cəbhəsi Partiyasının  İdarə Heyətinin  yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunmuş - ötən həftə icraya yönəlmiş qərarın yerinə yetirilməsində yol verdiyi nöqsana görə cavabdeh şəxslərə xəbərdarlıq edilmişdir.

KXCP İdarə Heyəti cəmiyyətdə heykəl məhbusu kimi tanınan Qiyas İbrahimovun haqqında çıxarılan  qondarma məhkəmə  qərarına etiraz edir. KXCP, qondarma cinayət işində dövlət ittihamçısının Q.İbrahimova 9 il iş istəməsi, hakimin isə 10 il cəza verməsi məhkəmə və prokuror orqanlarının qanunçuluğu və ədaləti qorumaq əvəzinə hakimiyyətə sədaqət mübarizəsi göstərmələrinin bariz nümunəsi olduğunu qeyd edir. KXCP  hakimiyyətdən repressiyalara son qoymağı tələb edir.

 KXCP - maliyyə  və sosial  - iqtisadi durumun mövsümi bahalaşma ilə əlaqədar   böhrandan çıxış yollarını hakimiyytdən ictimaiyyətə açıqlamasını tələb edir.. Prezident təqaüdlərinin 30% artırılması real infilyasiyanın məhz bu dərəcədə  hakimiyyət tərəfindən etiraf edildiyinin təsdiqidir. 2013-ci ildən minimal əmək haqqının 105 manat səviyyəsində qalması, 2015-ci ildə manatın rəsmi dəyərini 100%-ə yaxın itirməsi əhalinin çox çətin iqtisadi durumda olmasını göstərir. KXCP minimal əmək haqqının və ondan çıxan bütün başqa mavinət və pensiyaların da bu həcmdə artırılmasını zəruri sayır və hakimiyyətdən bunu tələb edir.

İdarə heyətinin toplantısında İraq müharibəsində Kərkük Türkmənlərinin çox çətin durumda qalması, hətta Türkiyə və Azərbaycan tərəfindən müdafiə olunmamaları  qeyd olunub. KXCP Azərbaycan xalqını Kərkük Türklmənlərinə mənəvi dəstəyə,  Azərbaycan hökümətini isə Kərkük Türkmənlərinə  maddi, siyasi və digər dəstəklər  göstərməyə çağırır.

Yığıncaqda MTN işi ilə bağlı A.Çovdarovun başlanan məhkəməsinin qapalı keçməsinin ciddi narahatlıq yaratdığı qeyd olunub. KXCP dövlət təhlükəsizliyi ilə bağlı  qalmaqallı cinayət işinin ictimaiyyətdən gizli saxlanmasını və təhlükəsizliyə cavabdeh şəxslərin xarici  dövlətlərin vətəndaşı olmasını ciddi  təhlükə   hesab edir. KXCP  dövlətimizin təhlükəsizliyini  qorunması üçün bu məhkəmə işinin açıq keçirilmsini və bütün dövlət  strukturlarında  ikili vətəndaşlıq daşıyan digər əməkdaşların üzə çıxarılıb ifşa  olunmasını  tələb edir.

Xəbər lenti