Araşdırmaçı yazar Sərxan Carçı bu gün Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb.

 

Teleqraf.az Sozcu.az- istinadən xəbər verir ki, bu barədə Sərxan Carçı özünün feysbuk səhifəsində yazaraq məlumat verib:

"Bu gün qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Erkan Ozoral bəylə görüşdüm.

Görüşümüzə səbəb bu günlərdə çapdan çıxmış kitabım idi. Kitab barədə xəbər tutan səfir neçə gün idi dəvət etmişdi və görüşümüz bu gün gerçəkləşdi.

Kitaba böyük dəyər verən səfirlə səmimi müstəvidə söhbətimiz oldu. Söhbətimiz əsasında Türk Birliyindən, Türk İslam Birliyindən, bu birliklərin qurulması üçün atılmali olan addımlardan danışıb dəyərli tövsiyələrini aldıq.

Təbii ki, səfir Erkan bəyə də, onun vasitəsilə ilə Rəcəb Tayyib Ərdoğana da kitab göndərdik.

P.S. Qeyd edək ki, Sərxan Carçının müəllifi olduğu, "Cümhuriyyət Xilaskarları-Əmanət məzarlar" adlı ktabın Bakıdakı təqdimatı 13 oktyabr (şənbə günü) saat 14:00-da Bakl Atatürk Liseyində olacaq.

Xəbər lenti