Daşqın Gülməmmədov: Biz Azərbaycanın mövqeyini tam dəstəkləyirik, Qarabağ azad edilməlidir!

"Biz Azərbaycanın mövqeyini tam dəstəkləyirik, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər azad edilməlidir! Azərbaycan işğal olunmuş ərazilərini azad etməyə tam hüquq sahibidir. Bu Azərbaycan dövlətinin müstəsna hüququdur." Teleqraf.az xəbər verir ki, bu barədə bəyanatla Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov çıxış edib.

D. Gülməmmədov qeyd edib ki,: Əgər Azərbaycan işqal olunmuş ərazilərində milli suverenliyini bərpa etsə, belə imkanı həmən Ukrayna, Gürcüstan, Moldova və Pakistan da əldə edəcək.

Bu dəfə müharibə meydanında Azərbaycan tək deyil, onun yanında Türkiyənin və Pakistanın siyasi iradəsi və hərbi dəstəkləri var.

 Azad olunmuş Dağlıq Qarabağ Dnestryanının, Abxaziyanın, Cənubi Osetiyanın, Krımın və Donbasın azad olunması deməkdir. Biz Azərbaycan xalqının yanındayıq, deyə Daşqın Gülməmmədov bildirmişdir.

Elşən Əlisoy

Xəbər lenti