Rusiya və İran arasında “hava bazası” qalmaqalı davam edir.

“Qafqazinfo” xəbər verir ki, İranın Müdafiə naziri Hüseyn Dehqan dövlət televiziyasında qatıldığı canlı yayımda Rusiyaya sərt reaksiya verib. O, Həmədan bazasından istifadə etdiyini mediaya açıqlayan Rusiyanın ünvanına ittihamlar səsləndirib. Dehqan bildirib ki, Rusiya bazadan istifadə etməsi ilə bağlı məxfiliyə riayət etməyərək “xoşagəlməz” mövqe nümayiş etdirib.

Nazir onu da əlavə edib ki, Həmədan bazası Rusiyaya yalnız müəyyən vaxt müqabilində istifadəyə verilib və bu müddət Suriyadakı vəziyyətə görə dəyişəcək.

Xəbər lenti