Oktyabrın 31-də Livan parlamenti 81 yaşlı general Mişel Aunu prezident postuna seçib. Novator.az-ın məlumatına görə, səsvermədə iştirak edən 127 deputatdan 83-ü generalın lehinə səs verib.

Azad Vətənpərvər Hərəkatının lideri olan Mişel Aun dövlət başçısı postunu 2 il gedən müzakirələrdən sonra tutub.

2014-ci ilin mayında prezident Mişel Süleymanın səlahiyyət müddəti başa çatıb. Ancaq dövlət başçısı postuna ölkə müsəlmanlarını və xristianlarını təmin edəcək bir namizəd tapmaq müşkülə çevrilib. Bu müddət ərzində parlamentin iclasları 45 dəfə yetərsay olmadığından təxirə salınıb.

Livan Konstitusiyasına görə, prezident kürsüsünü maronit xristian tuta bilər.

Mişel Aunun namizədliyini şiə müsəlmanların “Hizbullah” hərəkatı da dəstəkləyib.

Katolik kilsəsinin davamçıları olan maronitlər Livan əhalisinin 25 faizini təşkil edir.

Xəbər lenti