Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Müsəlman Dini Liderlər Zirvəsində  İranın ali dini lideri Xamneyi və Suriya diktatoru Bəşər Əsədi sərt şəkildə tənqid edib.

Avropa.info xəbər verir ki, Ərdoğan Əsədi  366 min suriyalını qətlə yetirməkdə ittiham edib.

"Bir tərəfdə müsəlmanam deyərək 366 min vətəndaşını qətlə yetirən dövlət terroru törədən bir qatil var. Həm də özünə müsəlmanam deyir, bu necə müsəlman? Biri də deyir ki, Əsəd  İsrailə qarşıdır, biz də ona görə onu dəstəkləyirik. ( Burada  İranın dini lideri Xamneyini  nəzərdə tutur. Ərdoğan çıxışlarının birində  Xamneyinin  ona bu sözləri dediyini bildirmişdi:red) Bəs o  öldürdüyü 366 min adam İsrailə qarşı deyilmi? Bəs  necə olur ki, sən bu insanları bombalayıb öldürürsən? 12 milyon insan hazırda Suriyadan qaçqın düşüb."

Xəbər lenti