Problemli məhbusların işi üzrə dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu işçi qrup Əfv Məsələləri Komissiyasına 24 nəfərlik siyahı təqdim etmişdi. Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Transparency.az-a deyib ki, prezidentin 17 mart sərəncamı ilə onlardan 15 nəfər azadlığa buraxılıb. Daha bir nəfər – jurnalist Rauf Mirqədirov həmin gün məhkəmə qərarı ilə azadlığa çıxıb.

Problemli məhbusların işi üzrə dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu işçi qrupun siyahısındakı 8 nəfər isə həbsdə qalıb: bloqçu Əbdül Əbilov, jurnalistlər Xədicə İsmayıl, Seymur Həzi, Müsavat başqanının müavini Fərəc Kərimov, hüquq müdafiəçisi İntiqam Əliyev, gənc fəal İlkin Rüstəmzadə, REAL Hərəkatının sədri İlqar Məmmədov, keçmiş səhiyyə naziri Əli İnsanov.

Xəbər lenti