“Azərbaycanda son 11 ildə 646 insan alveri qurbanları aşkar edilib. Bunlardan 7 faizi əcnəbi və vətəndaşlığı olmayan şəxlərdir”.

Bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiyaya Nəzarət Baş İdarəsinin şöbə rəisi Qüdrət Məmmədov deyib.
O bildirib ki, əcnəbi vətəndaşlar Azərbaycana leqal və qeyri-leqal yolla daxil olurlar: “Azərbaycanın hüquq-mühafizə orqanlarının son illər keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq ölkəmizə qeyri-leqal yolla daxil olan əcnəbilərin sayı azalıb. Əvvəlki illərdə ölkəmizə Banqladeş və Pakistan vətandaşları qanunsuz miqrant kimi daxil olublar. Son 6 ay ərzində Yaxın Şərq-Türkiyə-Azərbaycan marşurutu ilə Avropaya qanunsuz miqrant axını faktları qeydə alınıb. Bu da Azərbaycanın tranzit ölkəyə çevrilməsinə gətirib çıxarır. Hüquq-mühafizə orqanları əməkdaşları 5 mütəşəkkil dəstə zərərsizləşdirib. Saxlanılanlar arasında Azərbaycan vətəndaşları olmayıb. Əsasən həmin qanunsuz miqrantların öz ölkələrindən olan şəxslər olub. Hazırda Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 5 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs var”. (report)

Xəbər lenti