Beynəlxalq Koalisiya Komandanlığı Xüsusi Təyinatlı Qüvvələrin təhlükəsizliyinə cavabdehdir və hərbi əməliyyat sahəsində hər hansı hadisəyə görə məsuliyyət daşıyır.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Qərb mediasında rus qırıcılarının ABŞ və İngiltərəyə aid gizli hərbi bazanı vurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
“Rusiya müttəfiqlərindən hər zaman müxalif qüvvələrin mövqeləri haqda məlumat alır. Lakin əməkdaşlıq etmək əvəzinə bəzən əsassız ittihamlarla qarşılaşırıq”, - Konaşenkov bildirib.

Qeyd edək ki, Qərb mediasında yayılan məlumatlara görə, 16 iyulda Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın İordaniya ilə sərhədində ABŞ və İngiltərəyə aid gizli hərbi bazanı hədəf alıb.

Xəbər lenti