İŞİD terrorçularının Mosulda son qalası mühasirəyə alındı, "Haşdi Şabi" silahlıları Telaferə girməyəcək.

Ölkə.Az xəbər verir ki, İraq ordusu Mosulun cənubunda yerləşən və İŞİD-in son qalası adlandırılan Hammam el-Alilə girməyə başladı. Ninova ortaq əməliyyatlarının komandiri general Necim Cuburi bildirib ki, "Haşdi Şabi" silahlıları Telaferə girməyəcək. Telafer əməliyyatında ancaq İraq ordusu iştirak edəcək. "Haşdi Şabi" silahlıları isə sadəcə Mosulun qərbindəki əməliyyatlarda iştirak edir.

Generalın sözlərinə görə, İraq ordusu Mosulun şərqində 3 ərazidə İŞİD-lə savaşır. Hamam El-Alil isə bir neçə saata təmizlənəcək.

Xəbər lenti