“Vətəndaş Büdcəsi” layihəsinə qatılan Polşalı ekspertlər Marneulili xanımlarla görüşdülər.

Teleqraf.az-ın xəbərinə görə, bu gün, Marneuli Bələdiyyəsinin İcra Hakimiyyətində, “Qadınlar Otağı” Bələdiyyə Servisinin təşkilatçılığı ilə bələdiyyədə yaşayan qadınlar ilə məlumatyönlü görüş təşkil olundu.

Görüşə dəvvət olunmuş “Vətəndaş Büdcəsi” layihəsində iştirak edən Polşalı mütəxəssislər xanımlara layihənin məqsədləri barədə ətraflı məlumat verərək, onun həyata keçirilmə metodundan söz açdılar.

Eyni zamanda, qeyd etdilər ki, “Vətəndaş Büdcəsi” 2017 ci il büdcəsi üçün, artıq hazırlıq işləri davam edir və cari ildə yaxında başlayacaq “Vətəndaş Büdcəsi”-nin planlaşdırılması prosesinə qoşulmasına çağırdılar. 
Vətəndaş büdcəsi, daimi prosesdir və bələdiyyə büdcəsinin bölünməsində və xərc prosesində vətəndaşların iştirak etməsinə imkan yaradır.

O, vətəndaşların bələdiyyənin inkşafında və qərarların qəbulunda iştirak etməsinə imkan verir.

Xatırladaq ki, ötən il 2016 cı il “Vətəndaş Büdcəsi” uğurla həyata keçirildi və Marneuli Bələdiyyəsində tətbiq olundu.

Ötən il, layihə çərçivəsində vətəndaşlar tərəfindən cəmi 49 layihə daxil oldu. Onlardan 34 layihə 2016 cı ildə həyata keçirilir.

Layihə Polşa Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşən “Demokratiyaya Dəstək” proqram ilə həyata keçirilir:

Tərəfdaşlar:

Polşanın “Başqa Fəza” fondu (Other Space Fundation”);

“Vahid Qafqaz” təşkilatı;

Marneuli Bələdiyyəsinin İcra Hakimiyyəti;

Xəbər lenti