Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan cinayətkar dəstəsinin istintaqı davam edir. Hazırda həbsdə olan MTN-nin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevin cinayət işi üzrə sabiq nazir müavini Hilal Əsədovun ifadəsi alınıb.

«Azadlıq» yazır ki, istintaqçılar sabiq nazir müavinindən MTN tərəfindən qanunsuz olaraq dinlənən yüksək vəzifəlilər barəsində soruşublar. Hilal Əsədov həmin vəzifəliləri hansı məqsədlə dinləmələri barədə danışıb.

MTN-dəki mütəşəkkil cinayətkar dəstənin rəhbəri Eldar Mahmudov və onun “sag əli” hesab olunan Hilal Əsədov azadlıqda olsalar da, hər an onların həbsi realdır.

 

Xəbər lenti