Türkiyə tankları Suriya ərazisinə daxil olub.

Bu barədə Türkiyə Baş Qərargahının məlumatına istinadən məlumat verir.

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.

Bu gün səhər saatlarından başlayaraq Türkiyə ordusu koalisiya hərbi təyyarələrinin iştirakı ilə hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, Türkiyə SQ-nin Suriyadakı hərbi əməliyyatı "Fərat qalxanı" adını alıb. 

Türkiyə xüsusi təyinatlılarına Suriyada rəhbərlik edən general isə Zekai Aksakallıdır. 

Xəbər lenti