Bosniya və Herseqovinanın cari ilin fevral ayında Avropa İttifaqına (Aİ) üzvlük müraciəti müsbət cavablandırılıb. 

Aİ-dən rəsmi Sarayevonun bu quruma tam üzv olmaq üçün zəruri kriteriyaları yerinə yetirdiyi və müraciətin qəbul edildiyi bildirilib. 

Bosniya və Herseqovinanın baş naziri Denis Zvizdiç deyib ki, bu gün ölkəsi Avropa yolunda və gələcəyi üçün tarixi bir gün yaşayır: "Bu irəliləmə ən çox Bosniya və Herseqovinanın gəncliyi üçün önəmlidir". 

Qeyd edək ki, 2013-cü ildə Bosniya və Herseqovinada keçirilən siyahıyalınmaya görə əhalinin 50,11 faizini boşnaklar, 30,78 faizini serblər, 15,43 faizini xorvatlar, qalanını isə digər etniklər təşkil edir. Əhalinin 50,7 faizi müsəlman, 30,75 faizi ortodoks, 15,19 faizi isə katolikdir. 

Xəbər lenti