PKK terror təşkilatının Suriya qanadı PYD ələ keçirdiyi türkman qəsəbələrində azan oxunmasını və namazı qadağan edib.

Axar.az Türkiyənin “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, PYD Hələbin Tel Rıfat, Əhras, Kəfər Naya, Der Cineyl və Ayn Dakna qəsəbələrində namaza və azan oxunmasına icazə vermir.

Azad Suriya Ordusunun sünni komandirlərindən Əbu Hilal PYD-nin əsil müharibəsinin islama qarşı olduğunu bildirib:“Minarələrdə kommunist marşları səsləndirilir. İnsanların ibadət etməsinə isə icazə vermirlər. Ələ keçirdikləri hər bölgəni yağmalayırlar. Orada yaşayan ərəb, türkman və özləri kimi düşünməyən kürdlərə qarşı pis davranırlar”.

Komandir PYD-nin İŞİD-dən daha təhlükəli olduğunu və bu müharibədə uduzacağını bildirib

Xəbər lenti