Dünyanın ən ucuz smartfonu

Android smartfon cəmi £2.50 (5.6 azn) qiymətinə satışa çıxarılıb. Bu da dünyanın hələlik ən ucuz smartfonu deməkdir.

Musavat.com xəbər verir ki, Hindistanda satışa çıxan bu telefon 251 rupiyə satılır. Bu telefonlar hindistandan kənarda satılmayacaq. Tlefonlar yalnız kasıb Hindistan bazarı üçün nəzərdə tutulub.

"Ringing Bells" şirkəti tərəfindən istehsal olunan bu smartfonun qiymətinə baxmayaraq yaxşı göstəriciləri var:

4" ekran, 1.3 GHz prosessor, 1 GB RAM, 3.2 mpx kamera, daxili yaddaş 8GB və micro SD dəstəyi.
Qeyd edək ki, Hindistan Çindən sonra ikinci ən böyük smartfon bazarına sahibdir. Ona görə bir çox şirkətlər ucuz smartfon layihələri ilə həmin bazarı ələ keçirmək istəyirlər.

Xəbər lenti