Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub.

Unikal.org-a daxil olan məlumata görə, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalov 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılıb.

X.Zeynalovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.

Məsələ ilə bağlı açıqlama verən Xanlar Zeynalov işdən çıxması ilə bağlı bunları deyib: “Mən uzun müddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyə etdim. Məni Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O əvvəllər Sabail Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb”.

Xəbər lenti