“Bu dəfə Vaşinqtonda prezidentlərin görüşünü təşkil etmək planımız yoxdur. Ancaq biz bu il prezidentlər arasında dialoqu intensivləşdirməyə hazırıq”, – ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində prezidentlər İlham Əliyevlə Serj Sarkisyanın görüşünün mümkünlüyü barədə Turan agentliyinin sorğusu ilə bağlı şərhində bildirib.

“Mən Dağlıq Qarabağ prosesinin inkişafını müzakirə etmək üçün digər həmsədrlərin adından tərəflərlə görüşməyi planlaşdırıram”, – C.Uorlik vurğulayıb.

Qeyd edək ki, Ermənistan prezidenti artıq ABŞ-a gedib, prezident İlham Əliyev isə yaxın vaxtlarda getməlidir. Bundan öncə müxtəlif mənbələr sammit çərçivəsində iki prezidentin görüşünün mümkünlüyünü bildiriblər. Məqsəd son zamanlar Qarabağ münaqişəsi zonasında artan gərginliyin yatırılması məsələlərinin müzakirəsidir.

(contact)

Xəbər lenti