Mayın 11-də Pakistanda bir kişi arvadını, qayınanasını və xalası qızını digər kişilərlə münasibətlərindən şübhələnərək öldürüb.

Hadisə ölkənin şərqindəki Puncab vilayətində, daha iki nəfərin köməyilə törədilib.

Polis şübhəliləri axtardığını bildirir.

Pakistanda kişilərin törətdiyi namus qətlləri çoxalıb. Nikahdan kənar münasibətlər qurduğu güman edilən, yaxud ailəsinin razılığı olmadan ailə quran qadınlar bu qətllərin qurbanına çevrilirlər.

Ötən həftə polis Xıber-Paxtunxva vilayətində onlarla kişini həbs edib. Kənd ağsaqqalları bir yeniyetmə qızın qətlinə fərman veriblərmiş. İddialara görə, həmin qız rəfiqəsinin bir oğlana qoşulub qaçmasına və onunla ailə qurmasına yardım edib ("Azadlıq" radiosu).

Xəbər lenti