ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı birbaşa danışıqlara səsləyiblər.

Teleqraf.az xəbər verir ki, bu barədə həmsədrlərin yaydığı birgə bəyanatda deyilir.

Onların sözlərinə görə, belə bir görüş gələn həftə Vyanada baş tuta bilər: “Son gərginlik qığılcımı fonunda və gərginliyin təcili azaldılması məqsədilə Azərbaycan və Ermənistan prezidentlərinin görüş vaxtı gəlib çatıb".

Həmsədrlər İqor Popov, Ceyms Uorlik və Pyer Andryu, həmçinin Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri bu görüşü gələn həftə Vyanada təşkil etməyə hazır olduqlarını bildiriblər:

“Əgər təcavüz davam edərsə, danışıqlar uğurlu bitməyəcək, sülhü isə danışıqlar prosesi olmadan yaratmaq mümkün olmayacaq”.

Xəbər lenti