Tural Abbaslının Müsavat Partiyasından istefa verməsindən sonra partiyada olan onun tərəfdarları ard-arda qurumu tərk etməyə başlayıb. Artıq 9 Müsavat üzvünün partiyadan ayrılaraq “Ağ Bloka” qoşulduğu məlumdur. Maraqlıdır, bundan sonra DA istefalar davam edəcəkmi?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən Tural Abbaslı hər şeyi zaman göstərəcəyini dedi:

“Bizə yeni qoşulanların olub-olmayacağını zaman göstərəcək. Yəni, bizim məqsədimiz hansısa partiya və ya təşkilatı zəiflətmək, onun elektoratını parçalamaq deyil. Sadəcə, öz siyasi yolunu bizimlə bir görən istənilən şəxs bizə qoşulmaqda sərbəstdir. Bu da tam müxtəlif partiyalardan, təşkilatlarda və bitərəflərdən ola bilər".

Tural Abbaslının sözlərinə görə, onlar Ağ Bloku partiyaya çevirmək üçün artıq fəaliyyətə başlayıblar:
“AĞ Blokun partiyaya çevrilməsi üçün biz artıq fəaliyyətə başlamışıq. İlkin olaraq mayın 29- na qufultay təyin etmişik və bu istiqamətdə intensiv işlər aparırıq. Hər şey planlaşdırdığımız kimi getsə, mayın 29 qurultayımız olacaq və yeni siyasi partiya olaraq siyasi səhnədə öz yerimizi tutacağıq".

Xəbər lenti