Rusiya hərbçiləri Krım yarımadasının Baxçasaray şəhərində vətəndaşlara məxsus ev və obyektlərdə axtarışlara başlayıb.

Axar.az xəbər verir ki, məlumatı Krım Xəbər Agentliyi yayıb.

 Məlumata görə, hərbi geyimdə olan silahlı şəxslər şəhərin 6-cı mikrorayon ərazisində tatarlara məxsus 3 evdə və 1 iaşə obyektində axtarışlar aparıb.

 Axtarışların hansı məqsədlə aparıldığı bəlli deyil.

 Qeyd edək ki, rusların tatarlara qarşı təzyiqləri günü-gündən artmaqdadır.

Xəbər lenti