CHP lideri Kamal Kılıçdaroğlunun siyasətdən anlayışı yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən o şəxsin (Kılıçdaroğlu) adını çəkmək istəmirəm. Ana müxalifətin başında duran şəxs prezident üsuli-idarəsi ilə bağlı “Qan tökülür” ifadəsini işlədir. Bunlar siyasi çaşqınlıq içindədir və siyasətdən anlayışları yoxdur. Məgər Amerikada prezident üsuli-idarəsinə keçərkən qan töküldü? Yeni sistemə keçidlə bağlı yalnız xalq qərar verə bilər. Əgər xalq bunu istəyirsə, sən də sakit şəkildə prosesi izləyəcəksən”, - Ərdoğan bildirib.

Xəbər lenti