Mayın 13-dən başlayaraq Gürcüstanda ikinci dünya müharibəsi veteranları 3 ay ərzində pulsuz tibbi müayinədən keçə biləcəklər.

Veteranlar Tbilisi Universitetindəki Kipşidze adına klinikada müayinə ediləcək.

Bu barədə mayın 13-də veteranlarla bağlı xüsusi dövlət xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, həmçinin həkimlərin regionlara səfər edərək veteranları yerindəcə müayinə etməsi üçün xüsusi tədbirlər nəzərdə tutulur.

Xəbər lenti