Cari ilin doqquz ayında Bakıda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 9137 cinayət hadisəsi qeydə alınıb.

 AzərTAc bildirir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində ilin doqquz ayının yekunları ilə bağlı keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Bu cinayətlərin 82,7 faizini az ağır və böyük ictimai təhlükə törətməyən, 17,3 faizini isə ağır və xüsusilə ağır növlər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adamöldürmələr 15,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma halları isə 14 faiz azalıb. Cinayətlərin 78,5 faizinin, onların ağır növlərinin 78,1 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin isə 67,8 faizinin açılması təmin olunub.

Şəxsiyyət əleyhinə olan 1314 cinayətdən 95,7 faizi, o cümlədən qəsdən adamöldürmələrin 98 faizi və adam öldürməyə cəhdlərin 100 faizi açılıb.

Xəbər lenti