Türkiyənin Petkim neft-kimya kompleksinin baş direktoru Sadəddin Qorqud saxlanılıb.

Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, terrorla mübarizə şöbəsinin əməkdaşları Qorqudun İzmirin Qarşıyaxa rayonundakı evinə və "Petkim"dəki ofisinə eyni anda basqın edib.

 Aparılam axtarış zamanı bəzi sənədlər aşkarlanıb.

Əməliyyat 200 nəfər Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlantısı olan şəxsin "Petkim" və əlaqəli enerji şirkətlərində çalışması haqda xüsusi xidmət orqanlarına məlumat veriləndən sonra həyata keçirilib.

***

"Petkim Petrokimya Holding A. Ş."-yə yeni rəhbər təyin olunub.

 APA xəbər verir ki, holdinqin baş direktoru vəzifəsi Anar Məmmədova həvalə olunub.

 Qeyd edək ki, A. Məmmədov eyni zamanda SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəridir.

Xəbər lenti