|
ABŞ-ın əleyhinə çıxışları ilə yadda qalan İraq şiələrinin lideri Müqtəda Sədrlə Vaşinqtondan bir sıra rəsmilər arasında təmaslar olduğu iddia edilib.
Bu barədə “Röyter” agentliyi şiə liderin dəstəklədiyi Sairun koalisiyasının siyasi büro təmsilçisi Ziya Əsədiyə istinadən informasiya yayıb.
Nəşr ABŞ rəsmilərinin Sədrin dəstəklədiyi və seçkilərdə qalib gələn Sairun koalisiyasından bəzi nümayəndələrlə təmas qurduğunu yazıb.
“ABŞ rəsmiləri ilə birbaşa təmasdan söhbət getmir. Ancaq əlaqə kanalları yaratmaq üçün Sairun üzvləri vasitəsilə həyata keçirildi”, - Ziya Əsədi bildirib.
Xatırladaq ki, seçkilərdə Sədrin dəstəklədiyi koalisiya 329 nəfərlik parlamentdə 54 nəfərlə təmsil olunmaq haqqı qazanıb.