|
Baş Prokurorluq Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavininin həbs edilməsi ilə bağlı məlumat yayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, onda əlillik əlaməti müəyyən edilməyib
Sumqayıt şəhəri, 12 mikrorayon, ev 20, mənzil 57 ünvanında yaşayan Ədalət Abbasov, əlillik vəsiqəsi ala bilməməsindən şikayət edir. Deyir ki, 1992-ci ildən 94-cü ilə kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Bir neçə dəfə yaralansam da hərbi hospitalda müalicə aldıqdan sonra yenidən döyüşlərə qayıtmışam. Bədənində 12 qəlpə yarası var. Onlardan da ikisi döş qəfəsində olduğundan təngənəfəslikdən əziyyət çəkir.
Xaçmaz Gömürük İdarəsinin “Samur” gömrük postunda vətəndaşların incidilməsi haqqında Teleqraf.az-a məlumat daxil olub.
Yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Leksus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb hadisə yerindən qaçmışdır.
Bakı Dövlət Universitetində kəsr ödənişinin ləğv olunması barədə məlumat yayılıb.
Azərbaycan yol polisi qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Rusiya hökumətinin miqrasiya qanunvericiliyinə etdiyi dəyişikliklər RF-də çalışan Azərbaycan vətəndaşlarına mənfi təsir etməyəcək.
Azərbaycanda avtomobillərin mühərrikinin iş həcminə görə sürücülərdən alınan yol vergisi yanvarın 1-dən ləğv olunur.
Şamaxı şəhərində yaşayan, tanınmış həkim Rövşən Qasımovun torpağı Prezident Adminstrasiyasının əməkdaşının qohumları tərəfindən zəbt edilir. Bir neçə dəfə aidiyyəti qrumlara müraciət etsələr də heç bir ciddi cavab əldə edə bilməyən hüququ pozulan ailə Teleqraf.az vasitəsi ilə Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə müraciət edib.
Dekabrın 23-də keçirilən seçkidən bir həftə vaxt ötsə də, hələ də bəzi dairələr üzrə keçirilən seçkidən ciddi narazılıq davam edir. Bakının Nərimanov Rayon Bələdiyyəsi üzrə keçirilən seçkinin "yanğı”sı da artan müstəvidə cərəyan edir: "Nərimanov rayon Bələdiyyəsi üzrə keçirilən seçki rayon rəhbərliyinin açıq diktəsi və əvvəldən tərtib etdiyi siyahı üzrə keçdi.