Ağsu rayonun Cəlayir kəndinin sakinləri Prezident İlham Əliyevə müraciət edib. 

Teleqraf.az vasitəsi ilə edilən müraciətdə kəndlilər müdafiə sənayesi naziri Yavər Camalovun kürəkəni Orxandan şikayət ediblər. Müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli Prezident!

Aldadılmış kənd sakinləri adından sizdən xahiş edirik ki, bizə aşağıda yazılan məsələlərin həllində köməklik göstərəsiniz.

Bildiririk ki, bizim kəndin əsas gəliri nar bağlarının məhsulunun satışındandır. Həmişə olduğu kimi kənd camaatı gözünü məhsulun satışından əldə olunan gəlirə dikib. Amma bu il bizim başımız bəlalər çəkdi. Yuxarı səviyyəli məmur balaları bizi aldatdı. Məhsulumuzu bağdan dərdirdilər, məhsulumuzu yerə atıb qaçdılar. 

Sentyabrın 16-da kəndimizə Bakı şəhərindənnar alıcısı gəldi. Çox sevindik, amma sevincimizin ömrü uzun çəkmədi. Bakıdan gələn Fizuli və Rüfət adlı şəxslər bildirdilər ki, onların şirkəti Cəlayir kəndinin narını almaqda maraqlıdır və onlar narı Rusiyanın "Maqnit" mağazalar şəbəkələrinə satacaqlar. Biz maraqlanandakı şirkətin sahibi sizsiniz, dedilər ki, şirkətin yiyəsi Orxan adlı şəxsdir. O da müdafiə sənayesi naziri Yavər Camalovun kürəkənidir.

Sentyabrın 27-də onlar "Maqnit" mağazalar şəbəkəsinin şöbə müdiri Yura adlı şəxslə kəndə gəldilər və kənddə olan nar bağlarına (təxminən 8-9 həyət) baxış keçirdilər. Bizə narı oktyabrın 1-i dərdirəcəklərini bildirdilər, ancaq sentyabrın 30-u təxminən təxminən saat 12.00 radələrində şirkətin Fizuli adlı işçisi bizə narın təcili dərilməsini bildirdi. Biz də 20 top məhsulun dərilməsinə başladıq. Oktyabrın 2-də səhər şirkətin Rüfət və İbrahim adlı nümayəndələri fhlələri ilə birlikdə narın plastik yeşiklərə yığılmasına başladılar. Bundan başqa Rüfət şirkət rəhbərinin əmri ilə 2-ci maşın üçün 20 ton nar dərdirdi. O, İbrahimlə birlikdə bağları gəzərək məhsulun dərilməsinə və yeşiklərə yığılmasına nəzarət edirdi. Axşam saat 19.00-da 1130 yeşik (təxminən 12 ton) narı yeşiklərə yığıb getdilər. Bildirdilər ki, oktyabrın 3-də gələcəklər. Amma oktyabrın 3-ü yox, bir gün sonra gəlib dedilər ki, plastik qablardakı və yerdəki məhsul onlara lazım deyil. 

Hörmətli Prezident, məmur balaları bizim başımıza belə oyun açırlar. 5-6 gün yerdə qalan nar kimə lazım lazımdır? (Şirkətlə 1 yeşiyi 9 manatdan razılaşmışdıq) Heç kimə lazım deyil. 

Biz yalvara-yalvara məhsulun 1 yeşiyini 5 manata çatdıq. Ümumilikdə şirkət nümayəndələrinin bizə 16 min manat (təxminən 10 min dollar) borcu qaldı. Xahiş edirik, bu məsələdə bizə kömək edəsiniz".

 

Xəbər lenti