Bərabər İmkanlar Mərkəzinin sədri, sosioloq Rafiq Təmrazov naməlum şəxslər tərəfindən hədə-qorxuya məruz qalıb. Bu barədə R.Təmrazovun özü məlumat verib.

 QHT sədri bildirib ki, son bir ay ərzində iki dəfə ona tanımadığı nömrələrdən zəng gəlib və bildiriblər ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsindəndirlər: “Qeyd edirlər ki, giya mənim haqqımda rüşvət faktıyla bağlı şikayət daxil olub. Ciddi cavablar verəndən sonra məni təhqir etməyə başlayırlar. Əvvəlkini qeyd etməsəm də, sonuncu nömrə belə idi:+99450 311 46 46”.

R.Təmrazov üzləşdiyi hədə-qorxu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmək niyyətindədir

Xəbər lenti