|
ABŞ S-300-lərə görə İrana qarşı yenidən sanksiyalar tətbiq edə bilər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndsi Con Kirbi söyləyib. Onun sözlərinə görə, ABŞ hər zaman İrana S-300-lərin verilməsinin əleyhdarı olub.
Qeyd edək ki, bir müddət öncə Rusiya İrana S-300-lərin tədarükünə başlayıb.