|
Ayətullah Məkarim Şirazi Roma Papası Fransiskoya məktub göndərib. Bu barədə məlumatı Yaxın Şərq KİV-ləri verib.
Ayətullah Şirazi Roma Papasının İŞİD terrorçuları ilə bağlı sərgilədiyi sərt mövqeyini təqdir edib.
Ayətullah Şirazinin sözlərinə görə, din xadimləri dünyanı din ekstremizmindən azad etmək üçün əməkdaşlıq etməlidirlər. Ayətullah Məkarim Şirazi bəyan edib ki, İŞİD terrorçuları beynəlxalq təhlükəsizliyə və sabitliyə təhlükə törədir. Ayətullah Şirazi həmçinin Qərb dövlətlərinin liderlərlərini İŞİD terrorçularına qarşı heç bir tədbir görmədiklərinə görə tənqid edib.
Xatırladaq ki, Roma Papası Franstsisk İraqda İŞİD-ə qarşı aparılan mübarizəni dəstəkləyib. Papanın sözlərinə görə, dini azlıqları yaraqlılardan qorumaq üçün güc metodlarından istifadə olunmalıdır. Roma Papası həmçinin qeyd edib ki, İraqda hərbi müdaxiləyə dair məsələlər təkcə ABŞ hakimiyyəti tərəfindən yox, beynəlxalq ictimaiyyət və xüsusən də BMT tərəfindən həll edilməlidir.
"Ehtiyac olsa, mən də şəxsən İraqa yollanacam", - deyə Roma bildirib.